İdman

“Olimpiya” klubunun Bakıya səfər proqramı müəyyənləşib

Sharing is caring!


UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Sloveniyanın “Olimpiya” klubunun səfər proqramı müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, Lyublyana təmsilçisi bu gecə yola düşəcək.

Komandanı Bakıya gətirəcək təyyarənin saat 05:35-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi planlaşdırılır. Sloveniya çempionu “Fairmont” hoteldə məskunlaşacaq.

Komandanı matçda dəstəkləmək üçün təxminən 15 azarkeşin gəlməsi gözlənilir.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. “Qarabağ” səfərdə reallaşan ilk matçda 2:0 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir