Siyasət

Türkiyəli professor: “Ukrayna Krımda və Moskvada hərbi aktivliyini artıracaq”

Sharing is caring!


“Bundan sonra Rusiyanın Ukraynada irəliləməsinin yox, daha çox Ukraynanın Krımda və xüsusən də Moskvada aktivliyinin şahidi olacağıq”.

Bunu “Report”a açıqlamasında “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay deyib.

O qeyd edib ki, “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin təyyarə qəzasında ölməsindən sonra Ukrayna istər-istəməz psixoloji üstünlük əldə edib.

H.Oktay söyləyib ki, Ukrayna böhranı 2014-cü ildən bəri ən çətin mərhələni yaşayır:

“Rusiyanın Ukraynanı işğal cəhdi ikinci ilinə keçərkən böhran da yeni mərhələyə qədəm qoyur. Moskvanın planı həyata keçmədi. Rusiya gül-çiçəklə qarşılanmaq, bir ay ərzində Prezident Volodimir Zelenskini devirib bütün Ukraynanı ələ keçirmək, Moskvaya tabe olan yeni bir hökumət qurmaq istəyirdi. Ancaq Ukrayna qısa müddətdə psixoloji narahatlıqdan qurtuldu və işğal cəhdinə sərt müqavimət göstərdi. Müharibənin gedişatını dəyişdirmək üçün Ukrayna müharibənin Rusiya ərazisinə daşınması strategiyasını tətbiq etdi. Ukrayna hazırda, bir tərəfdən, Krımı azad etmək, digər torpaqlarını Rusiya qüvvələrindən təmizləmək istəyir”, – ekspert vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyununda Ukrayna ordusu əks-hücum əməliyyatlarına start verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir