İdman

Bakıda keçirilən dünya çempionatında “fair play” jesti

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında bu gün maraqlı hadisə müşahidə edilib.

“Report” xəbər verir ki, dünən 300 metr məsafəyə uzanaraq atəşaçma növündə kişilər arasında çempion olmuş Norveç komandasının üzvləri bürünc medallarını geri qaytarıblar.

Onlar bunu atıcılardan birinin yarış zamanı diskvalifikasiya edilməsi və mükafatlandırma zamanı bunun münsiflərin diqqətindən qaçması ilə əsaslandırıblar. Beynəlxalq Atıcılıq İdmanı Federasiyası norveçlilərin bu addımını ədalətli oyun (“fair play”) nümayişi kimi qiymətləndirərək, onların bu medala layiq olduğu barədə qərara gəlib.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2 000-dək idmançı və nümayəndə iştirak edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir