İdman

Maqnus Karlsen: “Bakıya qalib olmaq üçün gəlmişdim”

Sharing is caring!


“Nəhayət, adımı Dünya Kubokunun tarixinə yazdırdım”

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi Maqnus Karlsen turnirin rəsmi saytına açıqlamasında deyib.

Beşqat dünya çempionu kolleksiyasında çatışmayan yeganə titulu qazandığı üçün xoşbəxt olduğunu bildirib: “Klassik şahmata münasibətim hamıya məlumdur. “Norway Chess” turnirindən sonra Bakıya gəlmək barədə qərar qəbul etdim. İlk günlərdə çətin hisslər yaşayırdım. Dünya Kubokunda sona qədər irəliləmək əsas hədəfim idi. Bakıya qalib olmaq üçün gəlmişdim. Dünya Kubokunu qazandığım üçün xoşbəxtəm”.

Norveçli qrossmeyster dünya şahmat tacı uğrunda mübarizənin formatının dəyişdirilməsinin vacibliyini qeyd edib: “Beynəlxalq Şahmat Federasiyası qaydaları yenidən nəzərdən keçirməlidir. Klassik şahmatda islahat olmalıdır. Oyuna verilən zaman azaldılarsa, daha maraqlı mübarizə izləmək mümkündü. Qəti qərar söyləmək üçün müzakirələr lazımdır. Qaydalar dəyişərsə, yenidən çempionluq uğrunda mübarizəyə qayıtmaq ehtimalım var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir