İdman

Avropa Liqası: “Qarabağ” pley-offun ilk oyununda səfər qələbəsi qazanıb – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.

“Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

23:13

“Qarabağ”la Sloveniyanın “Olimpiya” klubu arasında Lyublyanada keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Oxu.Az xəbər verir ki, “Stojitse” stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra Azərbaycan təmsilçisi 2:0 hesabı ilə öndədir.

Ağdam klubunun heyətində 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

22:59

UEFA Avropa Liqasının pley-off mərhələsində keçirilən “Olimpiya”-“Qarabağ” qarşılaşmasının birinci hissəsi bitib. “Qarabağ” klubu fasiləyə iki top fərqi ilə üstün yollanıb – 2:0.

22:50

“Qarabağ” ikinci qolunu vurdu. Leandor Andrade 45-ci dəqiqədə fərqləndi – 2:0.

 

22:42

Matçın 32-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina fərqlənib – 1:0.

22:03

Sloveniyada UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu “Olimpiya” – “Qarabağ” matçı başlayıb.

21:01

Sloveniyada UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Olimpiya” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Olimpiya”: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik, 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas

Baş məşqçi: Joao Enrike

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, “Stojitse”də oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir