İdman

Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşib

Sharing is caring!


Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, 28 yaşlı qrosmeyster yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olan (2,5:3,5) Fabiano Karuana (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq. Hindistan təmsilçisi isə finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də baş tutacaq. Nicat Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir