İdman

AMAA-nın yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib

Sharing is caring!


Oktyabrın 16-da “Azərbaycan Milli Antidopinq Agentliyi” (AMAA) publik hüquqi şəxsin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda millət vəkili Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçiliblər.

Həmçinin Agentliyin Nizamnaməsinin 4.4.2-ci bəndinə əsasən, Təhminə Pərviz qızı Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib.

Xatırladaq ki, cari ilin oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir