İdman

Azərbaycan güləş millisi dünya çempionatını iki medalla başa vurub

Sharing is caring!


20 yaşadək yunan-Roma güləşçiləri arasında İordaniyanın paytaxtı Ammanda keçirilən dünya çempionatını Azərbaycan millisi bir gümüş, bir bürünc medalla başa vurub.

“Report”un məlumatına görə, yarışın son günündə İlkin Qurbanov 60 kq çəki dərəcəsində 3-cü yeri tutub.

Təsəlliverici görüşdə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gələn güləşçimiz, həmçinin gürcüstanlı Anri Xozrevanidze (4:2) və qırğızıstanlı Emirlan Duişenaliyevi (3:1) üstələyərək, mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, ötən gün Fərid Sadıxlı (55 kq) dünya ikincisi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir