Cəmiyyət

Bakı-Ağstafa sürətli sərnişin qatarı yolda qalıb – AÇIQLAMA

Sharing is caring!




Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qısa müddət yolda qalıb.

Bu barədə Baku.ws məlumat yayıb.

Bildirilib ki, Ağstafa istiqamətində hərəkət edən qatar Kürdəmirdə dayanıb. Sərnişinlər 30 dəqiqəyə yaxın gözləməli olublar.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib ki, hadisəyə səbəb elektrik təchizatının verilməsində yaranmış qısa fasilə olub. Hazırda qatar hərəkətini davam etdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir