İdman

Azərbaycan Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, ilk olaraq “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək.

Meydan sahibləri əvvəlki qarşılaşmalarda məğlub olub. “Gənclik şəhəri” təmsilçisi bir qələbə qazanıb. Komandanın II turdakı görüşü təxirə salınıb.

Günün digər matçında “Zirə” “Səbail”in qonağı olacaq. “Qartallar” iki oyunda maksimum nəticə göstəriblər. “Dənizçilər” isə yalnız bir heç-heçəyə nail olublar.

Azərbaycan Premyer Liqası, III tur:

19 avqust (şənbə).

18:00. “Qəbələ” – “Sumqayıt”.

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu.

20:00. “Səbail” – “Zirə”.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

“ASCO Arena”.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. III turun “Qarabağ” – “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi” matçları avqustun 20-də baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir