İqtisadiyyat

Manatın dövretmə sürəti son doqquz ilin ən aşağı həddinə düşüb

Sharing is caring!


Cari il fevral ayının 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu göstərici 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə 0,28 bənd, 2023-ci ilin fevral ayının 1-nə nisbətən isə 0,82 bənd azalma deməkdir.

Qeyd edək ki, cari ilin yanvar ayında manatın dövretmə sürəti 2015-ci ilin fevral ayından etibarən ən aşağı həddə düşüb. Belə ki, 2015-ci ilin fevral ayında manatın dövretmə sürəti 3,14 bənd təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir