İdman

UEFA reytinqi: “Qarabağ” Azərbaycana növbəti xalları qazandırıb

Sharing is caring!


“Qarabağ” Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

“Report”un məlumatına görə, Azərbaycan çempionu buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HIK-ə 1:2 hesabı ilə qalib gəlməklə nail olub.

Bununla ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son beş mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.

“Sabah” əsas və əlavə vaxtı 2:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada “Partizan”a uduzub – 4:5. “Neftçi” isə Türkiyədə “Beşiktaş”a 1:2 hesabı ilə yenilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir