İdman

Avropa çempionatı: Azərbaycanın voleybol millisi mübarizəyə başlayır

Sharing is caring!


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, Ataman Güneyligilin baş məşqçisi olduğu komanda Çexiya yığması ilə üz-üzə gələcək.

Almaniyanın Düsseldorf şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qrupun digər matçında İsveç Türkiyə yığması ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Reqlamentə əsasən, qrupda ilk dörd pillədə qərarlaşacaq komandalar 1/8 finala yüksələcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir