Cəmiyyət

Ağstafada iki VAZ-ın toqquşması nəticəsində avtomobillərdən biri yanıb, xəsarət alanlar var

Sharing is caring!


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bayraq Meydanın qarşısında qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı iki minik maşını toqquşub. Qəza zamanı dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Adları məluma olan yaralılar 1965-ci il təvəllüdlü Mehman Musayev, 1986-cı il təvəllüdlü Könül Musayeva, 1996-cı il təvəllüdlü Anar Əsgərovdur.

Bir nəfərin adı hələlik məlum deyil. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir