İdman

Türkiyə klubunun baş məşqçisi: “Hesabda geri düşsək də, qələbə qazana bildik”

Sharing is caring!


“Hesabda geri düşsək də, qələbə qazana bildik. “Neftçi”nin yaxşı oyunçuları var”.

Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş” – “Neftçi” (2:1, ilk oyun – 1:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında Türkiyə klubunun baş məşqçisi Şenol Güneş deyib.

Mütəxəssis bildirib ki, “Neftçi”ni mübarizədən kənarlaşdırmaları normaldır:

“Mövsümün əvvəli olduğu üçün bəzən hər şey alınmaya bilir. İlk oyunda 75 dəqiqə yaxşı oynamışdıq. Bu gün isə əvvəldə yaxşı idik. Amma hücumda istədiyimizi edə bilmədik. Rəqib hücum edəndə qol buraxdıq. İkinci hissədə oyuna nəzarət etidk. Daha çox qol vura bilərdik. Amma “Neftçiyə” də icazə veriləndə oynamağı bacaran komandadır. Orta xətti çox hücumameyilli komandadır. Mərhələ keçdik. “Neftçi”yə uğur arzulayıram. Bu gün üstün olmağımızı normal sayıram. Arada güc və keyfiyyət fərqi var. Amma “Neftçi” də yaxşı komandadır”.

Ş.Güneş hesabda geri düşsələr də, doğru reaksiya verdiklərini söyləyib:

“Belə hallar olacaq. Heyətdə dəyişikliklər etmişdik. Oyun anlayışımız yaxşı idi. Rəqibə təzyiq edir, meydanın özünə aid hissəsindən çıxarmamağa çalışırdıq. Amma qol vəziyyəti yaratmağı bacarmırdıq. Öz qapımızda isə bəsit qol gördük. İkinci yarıda dəyişikliklər etdik. Bundan sonra keyfiyyət fərqi öz sözünü dedi”.

Çalışdırıcı Azərbaycanda keyfiyyətli oyunçuların olduğunu əlavə edib:

“Filip Ozobiç yaxşı oyunçudur, amma bu gün gözləntilərin altında oynadı. Kilian Lebon, Kenni Sayef yaxşı oyunçulardır. Emin Mahmudov milli komandanın üzvüdür, yaxşı texnikası var. Onlardan kimisə transfer edə biləcəyimizi deyə bilmərəm. Bizdə bahalı oyunçular var. Azərbaycanda futbolçulara çox pullar ödənilir. Orada bacarıqlı oyunçular var. Amma klublar çox transfer edirlər. Bu il “Neftçi”yə böyük yatırım var. Legioner çox olanda milli komanda zəifləyə bilər”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir