Dünya

Məşhur rusiyalı müğənni təcili xəstəxanaya yerləşdirildi

Sharing is caring!

Məşhur rusiyalı bəstəkar və müğənni İqor Nikolayev təcili xəstəxanaya yerləşdirilib.

Nikolayev gecə saatlarında kardiologiya mərkəzinə aparılıb və hazırda reanimasiya şöbəsindədir.

Müğənninin infarkt keçirməsi ehtimalı var. Onun vəziyyəti barədə dəqiq məlumat verilmir.

İqor Nikolayevin 63 yaşı var. O, 1980-ci ildə Moskva Mədəniyyət İnstitutunun Estrada fakültəsini bitirib. Bundan sonra bəstəkar kimi sənət adamları ilə əməkdaşlıq edib, həmçinin də solo ifaçı kimi çıxış edib.

2001-ci ildə Əməkdar İncəsənət Xadimi, 2019-cu ildə isə Rusiyanın Xalq artisti adını alıb.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir