İdman

Elvin Məmmədovun yeni iş yeri məlum oldu

Sharing is caring!


Bu yay futbolçu karyerasını bitirən Elvin Məmmədovun yeni iş yeri məlum olub.

Sport24.az-ın əldə etdiyi məlumata görə, karyerası ərzində “Turan Tovuz”, “Qarabağ”, “İnter”, “Sumqayıt”, “Zirə”, “Qəbələ”, “Bakı” kimi klubların şərəfini qoruyan veteran futbolçu “Səbail”in U-15 komandasında köməkçi-məşqçi kimi çalışacaq.

Millinin sabiq üzvü açıqlamasında başqa klublardan da təklif aldığını, sadəcə, “dənizçilər”in futbol akademiyasında işləməyə üstünlük verdiyini bildirib:

“B kateqoriyalı məşqçi kurslarına qatılmaq istəyirdim. Ancaq sənədlərimi təqdim etməkdə bir qədər yubandım. İnşallah, fevralda təşkil olunacaq dərslərdə iştirak edəcəm. İşlə bağlı başqa klublardan da təklif var idi. Bir qədər düşündükdən sonra “Səbail”in akademiyasında çalışmağa qərar verdim. Hazırda U-15 komandasında köməkçi-məşqçiyəm”.

Xatırladaq ki, 35 yaşlı E.Məmmədovun son klubu “Şamaxı” olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir