İdman

De Bruyne uzun müddət yaşıl meydanlardan kənar qalacaq

Sharing is caring!


“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat tələb edən zədəsi səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə İngiltərə komandasının baş məşqçisi Xosep Qvardiola İspaniya “Sevilya”sı ilə UEFA Superkuboku matçı ərəfəsində jurnalistlərə açıqlama verib.

“Onun ciddi zədəsi var, əməliyyata ehtiyac duyur və bir neçə ay yaşıl meydanlardan kənar qalacaq”, – deyən Qvardiola futbolçunun sağalmasının altı aya qədər çəkə biləcəyini qeyd edib.

“Bu, böyük itkidir, çünki o, xüsusi keyfiyyətlərə malikdir”, – məşqçi əlavə edib.

Xatırladaq ki, De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir