Kriminal

Sumqayıtda itkin düşən gənc tapılıb

Sharing is caring!


Avqust ayının 7-də Sumqayıt şəhərində itkin düşən nitq qüsurlu gənc tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 28 yaşlı Cavidan Əliyev Sabirabad rayonunda tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Cavidan Əliyev Sumqayıt şəhər “Yaşıl dǝrǝ” yaşayış massivindəki yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir