İdman

“Barselona” “Mançester Siti”nin müdafiəçisini transfer etmək istəyir

Sharing is caring!


“Mançester Siti” və “Barselona” Joao Kanselunu transfer etmək üçün danışıqlar aparır.

Kataloniya klubu müdafiəçini gələn yay almaq öhdəliyi ilə cari mövsüm üçün icarəyə götürməyə çalışır.

Məlumata görə, danışıqlar bu həftə yekun mərhələyə keçə bilər.

Bildirilir ki, “Mançester Siti” Kanselunu buraxmağa hazırdır, lakin bunun üçün 60 milyon avroluq məbləğ tələb edir.

“Barselona” isə Arauxonun icarə əsasında “Las Palmas”a keçməsindən sonra müdafiənin sağ cinahını gücləndirmək istəyir.

2027-ci ilə qədər “Mançester Siti” ilə müqaviləsi olan futbolçuya Səudiyyə klubları da maraq göstərir, lakin mənbələr onun “Barselona”ya keçməyə üstünlük verəcəyini bildirirlər.

Qeyd edək ki, Kanselu ötən mövsümün ikinci hissəsini icarə əsasında “Bayern”də keçirib. Joao “Mançester Siti”nin Premyer Liqanın 1-ci turundakı “Bernli”yə qarşı (3:0) oyunu və sabah keçiriləcək “Sevilya” ilə Avropa Superkuboku matçı üçün heyətinə daxil edilməyib.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir