Cəmiyyət

DİN azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı hərəkətə keçdi – FOTO/VİDEO

Sharing is caring!


Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır:

“Məsələ barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib. 

O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.  

Nəticədə aralarında mübahisə yaranıb və danışıq dava ilə bitib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir