İdman

BAİF-in baş katibi: “Ermənistan bir az artıq təminat istəyirdi”

Sharing is caring!


“Biz siyasətdən danışmaq istəmirik. Təşkilat Komitəsi bütün ölkələr və idmançılarla bağlı eyni təminatı verib. Ermənistan isə bir az artıq təminat istəyirdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya Çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (BAİF) baş katibi Villi Qrill deyib.

O, bir neçə dəfə Azərbaycanda olduğunu xatırladıb:

“Heç vaxt burada problemlə üzləşməmişik. Ermənistan tərəfi üçün hər zaman qapılarımızı açıq saxlayırıq. Gəlib iştirak edə bilərlər. Təşkilat Komitəsi hamı üçün eyni şəraiti yaradıb”.

Qeyd edək ki, Dünya Çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir