İdman

Çempionlar Liqası: Modriç rekorda imza atdı, “Leypziq” pley-offa çıxdı – VİDEO

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında  qrup mərhələsinə yekun vurulacaq.

VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, 8 qarşılaşmadan ikisi artıq başa çatıb.

F qrupunda əsas diqqət Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) və Almaniyanın “Leypziq” komandaları arasında oynanılan görüşə yönəlib. Məhz burada növbəti mərhələyə adlayacaq klubun adına aydınlıq gəlib. Nominal ev sahiblərinin qapısından 4 cavabsız top keçirən almanlar qrup ikincisi kimi 1/8 finalda oynamaq hüququ qazanıblar- 0:4. “Şaxtyor” isə yoluna Avropa Liqasında davam edəcək.

Madrid “Real”ı ilə “Seltik”in oyununda da maraqlı anlar yaşanıb. Belə ki, matçın ilk 34 dəqiqəsində baş hakim 3 penalti təyin edib. Görüşün artıq 6-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən fərqlənən İspaniya klubunun 37 yaşlı yarımmüdafiəçisi Luka Modriç turnir tarixində penaltidən fərqlənən ən yaşlı futbolçu olub. Kral klubu ikinci qolunu da eyni üsulla vurub. Lakin “Seltik” onun xeyrinə təyin edilmiş növbəti penaltini qola çevirə bilməyib. Yekun nəticəyə gəlincə, matç ev sahiblərinin böyük hesablı qələbəsilə bitib – 5:1. Bununla da növbəti mərhələyə vəsiqəni artıq öncədən təmin etmiş “Real” qrupu lider kimi tamamlayıb.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Tottenhem”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və “Ayntraxt” (Frankfurt), Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları da pley-offa vəsiqə qazanıblar.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

2 noyabr

F qrupu

“Real Madrid” (İspaniya) – “Seltik” (Şotlandiya) 5:1

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Leypziq” (Almaniya) 0:4

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir