Cəmiyyət

Avtomobili ön bufersiz idarə etmək olar? – VİDEO

Sharing is caring!


“Bufer aksesuar deyil! O, avtomobil konstruksiyasının passiv elementidir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli “107.7 FM” radiosunda yayımlanan “AvtoFm” verilişində bufersiz avtomobil idarə edənlərdən danışarkən deyib.

Onun sözlərinə görə, bufersiz avtomobil idarə edən sürücü avtomobilin istismar qaydalarını pozmuş olur və bu da İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə məsuliyyət müəyyən edir:

“Belə ki, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qayda pozuntusudur və 50 manat cəriməsi var. Avtomobilin konstruksiyası anlayışı isə istehsalçının təchizatında fiziki və texniki baxımdan izahı verilən bütün işlək və passiv elementlərdir.

Sosial şəbəkədə bu istiqamətdə müzakirə aparan  bəzi “bilici”lərin diqqətinə çatdırmaq istəyirəm ki, internet üzərindən bir çox məlumatları dəqiqləşdirmək imkanları var. Və bu, kifayət qədər genişdir. İstənilən məsələdə araşdırma aparmaq üçün açar sözləri seçib dəqiq mənbələrə istinad etməklə fikir söyləmək olar!

Bizim məqsədimiz hər bir vətəndaşımızı qaydaları pozmaqdan, məsuliyyət yaradan hallardan çəkindirmək, onlarla sağlam və təhlükəsiz həyatlarını təmin edən bütün bilgiləri bölüşməkdir. Nəzərə almalıyıq ki, qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir. Lakin hər bir məsələni dəqiq bilib cəmiyyətdə bilgili formada rəftar etmək isə nəinki qaydaları pozmamaq, hətta sivil cəmiyyət formalaşdırmağın ən ali formasıdır. Düzgün seçim etmək isə hər bir şəxsin öz üzərinə düşür. Gəlin qanunlara, qaydalara riayət etməyi təbliğ edək ki, hər kəs daha təhlükəsiz və rahat yaşasın!”

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir