İdman

Villi Qrill: “Çempionat dünya, o cümlədən Azərbaycan üçün böyük hadisədir”

Sharing is caring!


“Burada olmaq mənim üçün böyük şərəfdir. Dünya Çempionatı tək Azərbaycan üçün yox, bütün dünya üçün böyük hadisədir. Bakıda olmaqdan məmnunam”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya Çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill deyib.

O, Dünya Çempionatında yeni qaydanın olmayacağını bildirib:

“Format əvvəlki kimi qalır. Tokio Olimpiadası ilə müqayisədə hər hansı yeni qayda tətbiq olunmayacaq. Atletlər onları nələrin gözlədiyini bilirlər. Hər şey əvvəlki qaydada keçiriləcək. Kiçik dəyişiklik də etməmişik”.

Qeyd edək ki, Dünya Çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir