Dünya

Qara dənizdə partlayışlar Rumıniyanı hərəkətə keçirdi – FOTO

Sharing is caring!


Rumıniyanın dənizkənarı Kostinesti kurortunda estakada partlayışından sonra ölkənin Hərbi Hava Qüvvələri Qara dənizdə dreyf edən minaların axtarışına başlayıb, bunun üçün gəmi və helikopterlər cəlb edilib.

Partlayışın səbəbinin dəniz minası ola biləcəyi dəqiqləşdirilir. Eyni ərazidə başqa bir mina da görünüb, HHQ bundan sonra hərəkətə keçib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə sahillərində Qara dənizdə dreyf edən minaya dəyən balıqçı kateri partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, möhkəm zədələnən kater isə yaxınlıqdakı gəmilərin köməyi ilə limana aparılıb.

Buna qədər isə Qara dənizdə minanı zərərsizləşdirməyə çalışan Rumıniyaya məxsus hərbi gəmi partlayıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir