İqtisadiyyat

Azərbaycanda süni brilyantın istehsalı planlaşdırılır

Sharing is caring!


“Süni brilyantdan bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilyantın istifadəsi və tətbiqi sürətlə artır”.

APA-nın xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O bildirib ki, ötən ilin payızında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Hindistan şirkəti arasında Ələt Azad İqtisadi Zonasında belə bir istehsal qurulması üçün anlaşma memorandumu imzalanıb:

“Müqavilənin şərtləri bizə uyğundur. Süni brilyantın yeganə fərqi onun daha qısa müddətdə, iki-üç həftəyə ərsəyə gəlməsidir. Qeyd edim ki, süni brilyantın xammalı təbii brilyantdan götürülür”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir