İdman

Premyer Liqa: “Neftçi” – “Səbail” matçında qalib müəyyənləşməyib

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Neftçi” öz meydanında “Səbail”lə qarşılaşıb.

“Neftçi Arena”da keçirilən matçda qalib müəyyənləşməyib – 1:1. Hesabı 34-cü dəqiqədə “Səbail”i heyətində Pedro Nuno açıb. 82-ci dəqiqədə Kenni Sayef penaltidən hesabı bərabərləşdirib. Bu nəticədən sonra bir xalla “Neftçi” səkkizinci, eyni zala malik “Səbail” doqquzuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Qəbələ”yə (2:0), “Zirə” “Kəpəz”ə (1:0), “Qarabağ” isə “Turan Tovuz”a (3:0) qalib gəlib. “Sumqayıt” – “Sabah” matçı isə təxirə salınıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir