İdman

“Çelsi”nin qapıçısı “Real Madrid”də

Sharing is caring!


İspaniyanın “Real Madrid”i İngiltərə “Çelsi”sinin qolkiperi Kepa Arrisabalaqanı icarəyə götürüb.

Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İspaniyalı “çərçivə qoruyucusu” mövsümün sonuna qədər Madrid təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, bir neçə gün öncə zədələndiyi üçün əməliyyat olunacaq “Real Madrid”in əsas qapıçısı Tibo Kurtua altı-səkkiz ay yaşıl meydanlardan kənar qalacaq. Klub onu əvəz etmək üçün Arrisabalaqanı icarəyə götürüb.

Xatırladaq ki, Arrisabalaqa 2018-ci ildə Bilbao “Atletik”indən “Çelsi”yə keçib. 28 yaşlı qolkiper ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 39 oyun keçirib, 45 qol buraxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir