İdman

Fransa Liqa 1: PSJ Mbappe və Neymarsız xal itirdi

Sharing is caring!


Fransa Liqa 1-də I turun daha iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, son çempion PSJ mövsümə xal itkisi ilə başlayıb. Komanda öz meydanında “Loryan”ın müqavimətini qıra bilməyib – 0:0. Paris təmsilçisini tərk etməsi gündəmdə olan Kilian Mbappe, Neymar, Marko Verratti kimi futbolçular bu matçda oynamayıblar.

Günün digər oyununda “Marsel” “Reyms”i əliboş yola salıb – 2:1. Meydan sahiblərinə qələbə qazandıran qolları Azzeddin Ounahi və Vitinya vurublar. Qonaqların təsəlli qoluna Junya İto imza atıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir