İdman

Türkiyə Super Liqası: “Qalatasaray” azarkeşlərini sevindirə bilmədi

Sharing is caring!


Türkiyə Super Liqasında I turun daha iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, son çempion “Qalatasaray” mövsümə xal itkisi ilə başlayıb. “Kayserispor”un qonağı olan İstanbul təmsilçisi qolsuz heç-heçəyə razılaşıb.

Günün digər oyununda “Pendikspor” və “Hatayspor”  üz-üzə gəliblər. Birincilərin meydanında keçirilən qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb. Türkiyədəki dəhşətli zəlzələlərin sonra ötən mövsümü başa vurmayan “Hatayspor”un qayıdışı möhtəşəm olub – 5:1.

Türkiyə Super Liqası:

I tur

“Kayserispor” – “Qalatasaray” – 0:0

“Pendikspor” – “Hatayspor” – 1:5

Qollar: Türam, 90+3 – Strandberq, 3, G.Sağlam, 23, B.Yıldırım, 46, Dele-Başiru, 57, 85

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir