İdman

Dünya Kuboku: Ərəb şahmatçı Nicat Abasova beş saatdan sonra təslim oldu

Sharing is caring!


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.

1/8 finalda ilk partiya Nicat Abasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü sabah keçiriləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir