Dünya

Ben Svi: “İsrailin ölən HƏMAS döyüşçülərinin sayı ilə bağlı məlumatı yoxdur”

Sharing is caring!


İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi bildirib ki, Fələstinin HƏMAS hərəkatının ölən döyüşçülərinin sayı ilə bağlı İsraildə məlumat yoxdur.

“Heç kim dəqiq bilmir. Onların təqdim etdikləri məlumatlara, ümumiyyətlə, böyük şübhə ilə yanaşmaq lazımdır. Qəzza zolağından gələn yeganə məlumat tamamilə HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyindən gəlir”, – deyə Aleksandr Ben Svi bildirib.

Qəzza zolağının Səhiyyə Nazirliyinin dekabrın 14-nə olan xəbərə görə, İsraillə HƏMAS arasında münaqişə başlayandan bəri anklavda ölənlərin sayı 18 787 nəfərə çatıb. Qurbanların sayı 50 min nəfəri keçib. Qəzza zolağında həlak olanların əksəriyyəti qadın və uşaqlardır.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir