İdman

Azərbaycan Premyer Liqası: “Sumqayıt” iki ildir “Sabah”a qalib gələ bilmir

Sharing is caring!


“Sumqayıt” Azərbaycan Premyer Liqasının II turunda qarşılaşacağı “Sabah”a 2 ildir qalib gələ bilmir.

“Report”un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində bakılılarla çempionat çərçivəsində gerçəkləşən yeddi oyunun yalnız birində heç-heçə etməklə kifayətlənib.

Maraqlıdır ki, “Sumqayıt” sonuncu dəfə 2021-ci ilin məhz avqustunda rəqibini üstələməyi bacarıb. Həmin vaxt paytaxt təmsilçisi səfərdən 0:2 hesablı məğlubiyyətlə dönüb. Ancaq sonrakı yeddi qarşılaşmanın altısında “Sabah” böyükhesablı qalibiyyət əldə edib. “Sumqayıt” bunun üçündə 0:3, ikisində 0:4, birində isə 0:6 hesablı məğlubiyyətlə üzləşib.

Ümumiyyətlə, avqustun 13-də keçiriləcək matç tərəflərin ölkə çempionatında 20-ci dueli olacaq. İndiyə qədər “Sumqayıt” altı, “Sabah” isə 10 dəfə qələbə sevinci yaşayıb. Digər üş görüşdə heç-heçə qeydə alınıb. Bakılılar rəqibdən təxminən iki dəfə çox qol vurublar. Belə ki, “kimyaçılar” 19 qolla yadda qalıblarsa, 37 dəfə özləri mərkəzə dəvət ediliblər.

Qeyd edək ki, avqustun 13-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir