İdman

“Partizan”ın baş məşqçisi: “Bütün amillərdə “Sabah”dan geri qaldıq”

Sharing is caring!


“Bütün amillərdə rəqibdən geri qaldıq”.

“Report”un məlumatına görə, bunu Serbiyanın “Partizan” komandasının baş məşqçisi İqor Dulyay Bakıda “Sabah”a 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Bakı təmsilçisinin təzyiqi qarşısında tab gətirə bilmədiklərini söyləyib: “Müdafiəçilərə fikirləşməyə vaxt vermirdilər. 15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi. Bu gün cavan “Sabah” yaşlı “Partizan”a dərs keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik”.

O, bu yay “Neftçi”dən transfer etdikləri Matias Saldanyanın çıxışına da toxunub: “Əla futbolçudur, ona inanıram. Yüksək səviyyədə çıxış edir. Sadəcə, uyğunlaşması üçün vaxt lazımdır”.

Dulyay növbəti mərhələ şanslarını da dəyərləndirib: “Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşısını etmək olar”.

Qeyd edək ki, cavab oyunu avqustun 17-də Belqradda olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir