Cəmiyyət

Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadada qızıl və gümüş medallar qazanıblar – FOTO

Sharing is caring!


ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən “The World Scholar’s Cup” beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri iki qızıl, 15 gümüş medal qazanıb.

“Report” xəbər verir ki, 40-dan çox ölkədən istedadlı şagirdlərin qatıldığı yarışın illik çempionlar turnesinin mükafatlandırma mərasimi universitetin “Woolsey Hall” auditoriyasında baş tutub.

Gərgin bilik yarışında həmyerlilərimiz Məryəm Məmmadova və Rəsul Qədimxanlı həm qızıl, həm də gümüş medal, Abbas Mazanli, Maqsud Məmmədov, İslam Əfəndiyev və Kamal Zülfüqarlı isə gümüş medal qazanblar.

Azərbaycan bayrağını səhnəyə həmyerlimiz A.Mazanlı gətirib. Şagirdlərin uğurları hər kəs tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycan nümayəndə heyəti üç məktəbdən ibarət (Avropa Azərbaycan Məktəbi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) və Oksbric Akademiyası) komanda ilə təmsil olunurlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir