İdman

Millimizin dünya çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşdi – FOTO

Sharing is caring!


Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələ oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Almaniyanın Münhen şəhərində baş tutmuş püşkatma mərasiminin nəticələrinə əsasən, milli komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qrup oyunları dairəvi sistem ilə oynanılacaq. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi, 2025-ci ilin yayında baş tutacaq dünya çempionatının təsnifatında ikinci mərhələyə yüksələcək.

Qeyd edək ki, təsnifat mərhələsinin ilk qrup oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir