Cəmiyyət

“İkiotaqlı mənzilimdə istilik yoxdur, üçotaqlılarda isə zəifdir” – ŞİKAYƏT + FOTO

Sharing is caring!


Qış fəslini yarılamağımıza baxmayaraq, Bakıda hələ də elə ərazilər var ki, sakinlər mərkəzi istilik sisteminin işindən narazıdırlar. Oxu.Az-ın redaksiyasına bununla bağlı şikayət yazan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25A ünvanlı mənzildə yaşayan Fəridə Abbasova yazır ki, ikiotaqlı mənzilində istilik yoxdur, həmin binadakı üçotaqlı mənzillərdə isə istilik zəifdir.

Şikayətçi qeyd edir ki, problemlə bağlı yaxınlıqda yerləşən qazanxanaya müraciəti də, dəfələrlə “Azəristiliktəchizat” ASC-nin “Facebook” sosial şəbəkəsindəki hesabına və qurumun qaynar xətti olan “956”ya məlumat verməsi də problemin həllinə kömək etməyib.

Şikayətlə bağlı sorğumuzu cavablandıran “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ünvandakı bina istilik alan binadır:

“Yəni binaya normal istilik verilir, bina istiliyi alır. Problem mənzildaxilidir. Bunun isə nədən ibarət olduğunu əməkdaşlarımız mənzilə baxış keçirəndən sonra deyə bilərik”.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir