Cəmiyyət

Bir qrupun səkkiz məzunu dünyanın ən nüfuzlu universitetlərinə qəbul oldu – FOTO

Sharing is caring!


Azərbaycanda bir qrupun səkkiz məzunu dünyanın ən nüfuzlu universitetlərinə qəbul olub. 

Oxu.Az-ın məlumatına görə, İqtisad Universitetinin (UNEC)  Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin Maliyyə ixtisasının səkkiz tələbəsi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı”na 2023-24-cü tədris ilinə dair sənəd qəbulu üzrə dünyanın müxtəlif universitetlərinə qəbul alıblar. 

Elnur Babayev – Manchester University (İngiltərə) – Finance

Fərman Bəşirli – Aalto University (Finlandiya) – Economics

Murad Mehdiyev – Aalto University (Finlandiya) – Economics

Çingiz Vəliyev – Edinburgh University (Şotlandiya) – Finance

Ayaz Seyidov – Manchester University (İngiltərə) – Finance

Həsən Axundov – Manchester University (İngiltərə) – Finance

Vüqar Əhmədov – Eberhard Karl University of Tübingen (Almaniya) – Economics and Finance

Kənan Mahmudlu – Zhongnan university of economics and law (Çin) – Finance

Qeyd edək ki, qrupun altı nəfəri Zaur Zərbiyev, Cəmil Nifdullayev, Nihad Səmədov, Cavid İbrahimli, Fərid Kərimli və Bəhruz Niftiyev Azərbaycanda fəaliyyət göstərən universitetlərdə magistratura təhsili alacaqlar. 

Xatırladaq ki, Elnur Babayev (665,7 bal), Murad Mehdiyev (676,1 bal), Kənan Mahmudlu (674,3 bal) və Fərman Bəşirli (669,4 bal) 2019-cu ildə yüksək bal toplayaraq, Prezident təqaüdçüləri olublar. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir