İdman

Dünya çempionatında beş medal

Sharing is caring!


Azərbaycan para-üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatını beş medalla başa vurublar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, mundialda üç idmançı ilə təmsil olunan milli iki qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

Raman Saley 100 metr məsafəyə sərbəst üsulla üzməkdə qızıl, eyni məsafəyə arxasıüstə üzməkdə gümüş, 50 metr məsafəyə sərbəst və 100 metr məsafəyə butterflyay üsulla üzməkdə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 metr məsafəyə brass növündə dünya çempionu olub.

Eyni zamanda, Raman Saley və Vəli İsrafilov Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir