Siyasət

Şura sədri: “Türkiyə ilə Azərbaycan elm və texnologiya sahəsində qüvvətləndikcə daha böyük gücə çevrilirlər”

Sharing is caring!


“Türkiyə ilə Azərbaycan elm və texnologiya sahəsində qüvvətləndikcə bölgə ölkələri arasında daha böyük gücə çevrilirlər”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar bildirib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi növbəti təxribatlara münasibət bildirən YÖK rəhbəri deyib ki, regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün elmi tərəqqiyə ehtiyac var. Onun fikrincə, son illərdə Azərbaycanla Türkiyənin əlaqələri sürətlə inkişaf edir:

“Bu baxımdan, Türkiyə Ali Təhsil Şurası olaraq iki qardaş ölkənin universitetləri arasında əlaqələrin, elm-təhsil sahəsində əməkdaşlığın daha da müsbət istiqamət almasında maraqlıyıq. Hər iki qardaş ölkənin liderləri ortaq bir iradə nümayiş etdirərək Türkiyə-Azərbaycan Universitetinin qurulmasına vəsilə oldular. Bu məsələdə azərbaycanlı həmkarlarımızla bərabər çalışırıq. Texnologiyalar sahəsində əldə etdiyimiz mühüm uğurlar, “TEKNOFEST-2023”də özünü bariz şəkildə büruzə verdi. Biz inanırıq ki, Türkiyədəki ali təhsil məktəblərinin təcrübəsi Azərbaycan gəncləri üçün də cəlbedicidir. Azərbaycandan çox sayda tələbənin Türkiyədə təhsilinə şərait yaradırıq. O cümlədən də Türkiyədə təhsil almaq istəyən bütün türk dünyası gənclərinə.

Nəzərə alsaq ki, biz elm və texnologiyalar əsrində yaşayırıq, ona görə də ilk növbədə elmin inkişafına dəstək verməliyik. Türkiyə və Azərbaycan elm və texnologiya sahəsində nə qədər güclü olarsa, bölgə ölkələri arasında da, dünyada da o qədər sayğılı və güclü olarlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir