Cəmiyyət

Abşeronda 28 yaşlı qadın qətlə yetirilib, qardaşı saxlanılıb

Sharing is caring!

Abşeron rayonunda Xalidə Əsədova qətlə yetirilib, qardaşı saxlanılıb.

Bu barədə Oxu.Az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 25-i səhər saat 4 radələrində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1998-ci il təvəllüdlü Nicat Əsədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Xalidə Əsədovaya çoxsaylı xəsarətlər yetirməsinə dair şübhələr müəyyən edilib. Qadın aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir