İdman

Elmar Baxşıyev: “Danışılası çox şey yoxdur, zəif oynadıq”

Sharing is caring!


“Danışılası çox şey yoxdur, zəif oynadıq”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Sabah”a 0:5 hesabı ilə uduzduqları Premyer Liqanın ilk turunun bağlanış oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis belə nəticə gözləmədiklərini bildirib:

“Oynadığımız ən zəif görüş idi. Hazırlıq vaxtında komandada dinamika görürdüm. Getdikcə daha yaxşı olacağıq. İlk turdur. Məğlubiyyəti düzgün təhlil edib qarşıdakı oyunlara hazırlaşmaq lazımdır”.

O, Kiprdə “Omoniya”ya qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra komandada yorğunluq olduğunu söyləyib:

“Heç özüm bərpa olmamışam, qaldı futbolçular. Səfərdə oynamaq ağırdır. Yenə də düşünürəm ki, yorğunluq futbolçulara təsir edir”.

Baxşıyevin sözlərinə görə, futbolda bu cür məğlubiyyətlər qaçılmazdır:

“Hər komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir