İdman

Daha üç cüdoçumuz beynəlxalq turnirdə medal qazana bilmədi

Sharing is caring!


Azərbaycan cüdo millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Masters” turnirinin ikinci günündə də medal qazana bilməyib.

“Report”un məlumatına görə, yarışda bu dəfə üç cüdoçu mübarizəyə qoşulub.

Yalnız Səid Mollai 81 kiloqram çəki dərəcəsində medal əldə etməyə yaxın olub. Lakin o, üçüncü yer uğrunda görüşdə yaponiyalı Takanori Naqaseyə uduzub.

Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) isə mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) uğursuz çıxış ediblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir