İdman

Avropa çempionatı: Azərbaycanın həndbol yığması ilk oyununda uduzdu

Sharing is caring!


17 yaşadək həndbolçu qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil edilən Avropa çempionatında ilk oyununu keçirib.

“Report”un məlumatına görə, U-17 yığmamız mübarizəyə Gürcüstana qarşı görüşlə start verib.

Bakı İdman Sarayında baş tutan qarşılaşmada qonaq komanda üstün olub. Görüş Gürcüstan seçməsinin 39:13 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin yer aldığı A qrupunun digər oyununda Sloveniya seçməsi Bosniya və Herseqovinaya 41:27 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan yığması qrupda ikinci oyununu avqustun 6-da Sloveniyaya qarşı keçirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir