İdman

“Neftçi”nin legioneri: “Beşiktaş”ı təəccübləndirə bilərik”

Sharing is caring!


“Evdə oynamaq xoşdur. İlk anlardan bir qədər ehtiyatlı oynayırdıq. Ancaq azarkeşlərimiz qarşısında qələbə qazanmaq niyyətində idik. Qalib gəlmək olduqca vacib idi”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Mark Tamaş UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu 2:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra deyib.

İlk görüşdə 2:2 heç-heçə etdiyi üçün növbəti mərhələyə keçən komandanın legioneri ilk ev matçında azarkeşlərin dəstəyinin xoş olduğunu bildirib:

“Bu mənzərəni görmək xoşdur. Çox xoşbəxtəm ki, oyunumuzu izləməyə bu qədər insan gəlib. Azarkeşlərimiz bir qədər çılğındır və mən bunu xoşlayıram. Bu stadionda doğma meydanda ilk oyunumu keçirdim. Bu, mənim üçün çox önəmlidir. Qələbə qazanmaq istəyirdim, buna da nail olduq”.

Bu yay komandaya qoşulan macarıstanlı müdafiəçi komandada hər kəsin adaptasiyaya ehtiyacının olduğunu söyləyib:

“Addım-addım yeni komandaya öyrəşməyə çalışıram. Yeni üslubda oyuna başlayırıq. Hər kəsin adaptasiyaya ehtiyacı var. Hər oyun daha da yaxşı olacağıq. Qarşıda “Neftçi”ni yeni üslubda görəcəyik”.

29 yaşlı futbolçu Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibləri olan Türkiyənin “Beşiktaş” klubunu təəccübləndirə biləcəklərini qeyd edib:

“Bu, futboldur. “Beşiktaş” güclü olsa da, belə böyük klubu təəccübləndirə bilərik. Ümid edirəm ki, onlar üçün gözəl sürpriz hazırlayacağıq. İki oyunun sonunda hər şey ola bilər”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir