İdman

Millimizin üzvündən Super Liqada növbəti qol: Komandası autsayderə məğlubiyyətdən xilas ola bilmədi – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan milli komandasının üzvü Renat Dadaşov Türkiyə Super Liqasında növbəti qolunu vurub.

Oxu.Az xəbər verir ki, futbolçu “Hatayspor”un heyətində “İstanbulspor”la qarşılaşmada fərqlənib.

Oyunda hesabı 26-cı dəqiqədə meydan sahibi “İstanbulspor”un futbolçusu F.Loshaj açıb. 48-ci dəqiqədə Renat Dadaşov penalti zərbəsindən hesaba tarazlıq gətirib.

“İstanbulspor” 79-cu dəqiqədə hesabda irəli çıxıb. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə “Hatayspor” bərabərlik qolunu vursa da, VAR qolun ofsaytdan vurulduğunu ortaya çıxarıb və qol ləğv olunub.

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 7-ci dəqiqədə R.Dadaşov sarı vərəqə alıb.

Autsayder “İstanbulspor” qələbəyə baxmayaraq, səkkiz xalla sonuncu pillədə qalıb. 17 xala sahib “Hatayspor” 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, cari mövsümdə “Hatayspor”un heyətində səkkiz qarşılaşmada forma geyinən R.Dadaşov üç qol vurub, üç məhsuldar ötürmə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir