İdman

Millimizin sabiq oyunçusu “Səbail”də işə başladı

Sharing is caring!


Yayda peşəkar futbolçu karyerasını başa vuran Elvin Məmmədov gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, o, bundan sonra məşqçi kimi Azərbaycan futboluna xidmət etməyə çalışacaq.

Artıq tanınmış simanın yeni iş yeri də məlumdur.

Belə ki, 35 yaşlı yarımmüdafiəçi məşqçilik karyerasına “Səbail”də start verib.

Ona Bayıl təmsilçisinin U-15 kollektivi həvalə olunub.

Elvin ötən mövsümü “Şamaxı”nın heyətində keçirib.

“Turan”ın yetirməsi karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib. O, 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, yeddi qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir