İdman

“Neftçi”nin “Beşiktaş”la ev oyununun stadionu məlum oldu

Sharing is caring!


UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la qarşılaşacaq “Neftçi”nin rəqibini hansı stadionda qəbul edəcəyi məlum olub.

Oxu.Az xəbər verir ki, qarşılaşma “Bakcell Arena”da keçirilməyəcək. Türkiyə klubuna marağın böyük olacağı nəzərə alınaraq qarşılaşmanın Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi qərara alınıb.

Xatırladaq ki, “Neftçi” “Jelezniçar”, “Beşiktaş” isə “Tirana” səddini keçərək III mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, “Neftçi” “Beşiktaş”a qarşı ilk oyunu avqustun 10-da səfərdə, cavab matçını ayın 17-də Bakıda keçirəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir