Dünya

UNICEF-dən Qəzza zolağında azyaşlılarla bağlı qorxunc statistika

Sharing is caring!


Qəzza zolağının qida və tibb sistemləri tamamilə çöküb. Azyaşlı uşaqların 80%-dən çoxu qida çatışmazlığından əziyyət çəkir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF) bildirilib.

Məlumatda Fələstin anklavında beş yaşa qədər 335 min uşağın qida çatışmazlığından ciddi risk altında olduğu vurğulanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Qəzza zolağında uşaqlar ehtiyac duyduqları suyun 90%-ni almırlar, anklavın su, kanalizasiya, gigiyena obyektlərinin yarısı dağıdılıb, ya da zədələnib.

Mənbə: Eadaily.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir